26 aprel 2016 14:40
Zaur Svanadze: Ola bilər ki, heç-heçəyə də sevinərik
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk növbədə oyun keyfiyyətimizi yaxşılaşdırmaq istəyirik. Çünki "Qarabağ"a qarşı son turda çox pis oyun keçirdik. Qarşıdakı oyunda layiqli çıxış etməyimiz lazımdır. Öz oyunumuzu sərgiləməliyik. Şübhəsiz ki, öz meydanımızda qələbə qazanmağımız lazımdır. Amma hər şey ola bilər. Mümkündür ki, oyunun sonunda hətta heç-heçəyə də sevinək".
