26 aprel 2016 14:20

Xəzər Lənkəran, Bakı və Turana texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra AFFA tərəfindən təşkil olunan aşağı yaş qrupları üzrə komandalar arasında təşkil olunan çempionatlarla bağlı aşağıdakı qərarlar çıxarılıb:

U-19 Liqasının “Neftçi” - “Bakı” matçının 51-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Sərxan Əhmədli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-17 Liqasının “Zirə” - “İnter” matçının 19-cu dəqiqəsində “İnter”in futbolçusu Vəfalı Qasımov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb.

U-17 Liqasının “Bakı” - “Neftçi” matçının 77-ci dəqiqəsində “Bakı”nın futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-17 Liqasının “Rəvan” - “Kəpəz” matçının 55-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Elmir Ağamirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-17 Liqasında “Xəzər Lənkəran” - “Turan İB” matçında “Turan İB” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-17 Liqasında  AZAL - “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasının “Zirə” - “İnter” matçının 38-ci dəqiqəsində “İnter”in futbolçusu Həsənəli Ağayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-16 Liqasının “Qəbələ” - “Neftçi” matçının 80+3-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Ruzi Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-15 Liqasında “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” oyunda iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırırlıb.

U-15 Liqasının “Neftçi” - “Ağsu” matçının 47-ci dəqiqəsində “Ağsu”nun futbolçusu Samir Əhədov təhqiramiz ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb. Oyunun 47-ci dəqiqəsində “Ağsu”nun məşqçisi Talıb Musayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-14 Liqasının İOEUGİM (Sumqayıt) - “Xəzər Lənkəran” matçının 60-cı dəqiqəsində İOEUGİM klubunun futbolçusu Rəşad Kərəmov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Oyunun 60+1-ci dəqiqəsində İOEUGİM klubunun futbolçusu Şahmar Abbaszadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-14 Liqasının “Separadi Bələdiyyəsi” (Lənkəran) - “Bakı” (Bakı) matçının 21-ci dəqiqəsində “Separadi Bələdiyyəsi”nin futbolçusu Murad Dadaşov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

U-14 Liqasının “Xəzər Lənkəran” - “Sumqayıt” matçının 21-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Elşad Cabbarov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının “Xəmsə” - “Ağdam” matçının 33-cü dəqiqəsində “Xəmsə”nin futbolçusu Rasif Səfiyarov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan çempionatının “Xəmsə” - “Neftçi”  matçının 16-cı dəqiqəsində “Xəmsə”nin futbolçusu Nihad Ələsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin “Baku Fire” - “Zirvə” matçının 18-ci dəqiqəsində “Zirvə”nin futbolçusu Ülvi Bağırlı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasın təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin FHN - “Yeni Günəşli matçının 21-ci dəqiqəsində “Yeni Günəşli”nin məşqçisi Səttar Əhmədov texniki zona qaydaların pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin EKOL - "Praym Hold" matçının 40-cı dəqiqəsində EKOL-un futbolçusu Xətai Bağırov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.

Azərbaycan həvəskarlar liqasının “Çağırğan” - “Sabunçu” matçında “Sabunçu” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Baku Fire” - “Metropoliten” matçının 49-cu dəqiqəsində “Metropoliten”in futbolçusu Ceyhun Məmmədovun və “Baku Fire” klubunun futbolçusu Adil Cəfərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığları üçün hər bir futbolçu 2 oyunluq cəzalanıb.

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Kəpəz” - “Gənclərbirliyi” matçının 46-cı dəqiqəsində “Kəpəz”in futbolçusu Hümmət Məmmədov və “Gənclərbirliyi”nin futbolçusu Elgiz Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyunluq cəzalanıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.