26 aprel 2016 14:00
Vəli Qasımov: Qəbələyə qalib gəlməyə borcluyuq
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun olacaq. Ola bilər ki, rəqib komanda sabit çıxış etmir. Amma heyət baxımından "Qəbələ" güclü komandadır. Böyük təcrübəyə malik komandadır. İlk oyunu evdə keçirəcəyik. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. Yaxşı futbol sərgiləyib, qələbə qazanmaq istəyirik. Hansı hesabla qalib gəlmək istədiyimizi demək istəmirəm. Amma qələbə qazanmağa borcluyuq".
