26 aprel 2016 12:45
AFFA paytaxt klublarını cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 31-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının 31-ci turunun “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “İnter”in futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedici heyətlərin 31-ci turunun “Rəvan” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
