26 aprel 2016 12:30

Nelson Bonilya: Seriyanı davam etdirmək istəyirik

"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" ilə qolsuz heç-heçədən sonra azerisport.az saytına müsahibə verib:

- Matçla bağlı fikirləriniz?
- Ağır oyun oldu. Xüsusilə də bizim üçün. Baxmayaraq ki, görüşə ciddi hazırlaşmışdıq. Əsas odur ki, uduzmadıq və bir xal qazandıq.

- "Zirə" bu oyunda çox az qol vəziyyəti yaratdı...
- Fikrimcə, heç-heçə bizim üçün pis nəticə deyil. Çünki səfərdə oynayırdıq. Matç bizim üçün mövsümün ən çətin oyunlarından biri oldu.

- Hiss olunurdu ki, siz bir xal üçün mübarizə aparırsınız...
- Xeyr, biz qələbə qazanmaq istəyirdik. Amma sonda bir xalla kifayətlənməli olduq. Biz həmişə qələbə üçün oynayırıq. Bu matçın da sonunda qol vurmağa yaxın idik. Sadəcə, rəqib qapıçı qola imkan vermədi. Həmin epizodda heç də qorxmadım. Epizodu qolla başa vurmaq istəyirdim. Amma qapıçı komandasını qoldan xilas edə bildi.

- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir. Ağdam klubu sizinlə görüşdə çempionluğunu təmin edə bilər...
- Rəqibin heyətində əla futbolçular var. "Qarabağ" komanda olaraq çox yaxşı mübarizə aparır. Amma biz də bu mövsüm doğma meydanda uduzmamışıq. Bu seriyanı davam etdirməyə çalışacağıq. Lakin liderə qarşı bizi çətin oyun gözlədiyini anlayırıq.

- Mətbuatda sizin "Qarabağ" və Serbiya "Partizan"ına keçəcəyiniz barədə xəbərlər dolaşır. Siz "Zirə"dən getmək istəyirsiniz?
- Mən bu klublardan təklif almamışam. Heç onların məni heyətində görmək istədiyini eşitməmişdim də. Bütün diqqətim "Zirə"nin qarşıdakı oyunlarına yönəlib. Bakını sevirəm. Hər şeyə mövsüm bitəndən sonra aydınlıq gələcək.

- Bombardirlər yarışını qalib başa vura biləcəksiniz, ya Dani Kintanaya uduzacaqsınız?
- Mən özümü yaxşı hiss edirəm və klubuma kömək etmək istəyirəm. Amma biz komanda oyunu sərgiləyirik. İmkan düşəndə də qol vururam. Kintana böyük futbolçudur. Onunla rəqabətimiz davam edir. Necə olacağını mövsümün sonunda görəcəyik (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.