26 aprel 2016 00:35
Emin Nurinin komandası ev oyununda uduzdu
İsveç çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Helsinqborq"la qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:3.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 4 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
