26 aprel 2016 00:30
Bonilya: Qarabağın məni istədiyini eşitməmişəm
"Zirə"nin hücumçusu Nelson Bonilya Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibin əla futbolçuları var. Amma "Zirə"nin bu mövsüm öz meydanında uduzmadığı hər kəsə yaxşı bəllidir. Bu seriyanı davam etdirməyə çalışacağıq. Baxmayaraq ki, bizi çətin oyun gözlədiyini bilirik.
Mənim "Qarabağ"a keçəcəyim iddia olunur? Mən belə bir təklif almamışam. Heç "Qarabağ"ın məni istədiyini də eşitməmişəm. Bütün diqqətim "Zirə"nin oyunlarına yönəlib. Mövsüm başa çatandan sonra hər şeyə aydınlıq gələcək".
