26 aprel 2016 00:20
Kəpəzin yarımmüdafiəçisi Rəvanla oyunu buraxacaq
Topaz Premyer Liqasının 32-ci turunda "Rəvan"ı qəbul edəcək "Kəpəz" bu matça itki ilə çıxacaq. Azerisport.az xəbər verir ki, Gəncə klubunun əsas heyət oyunçularından olan Kərim Diniyev bu matçı buraxacaq.
Buna səbəb Diniyevin son turda "Sumqayıt"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşməsidir.
Qeyd edək ki, "Kəpəz" - "Rəvan" matçı aprelin 30-da keçiriləcək.
