25 aprel 2016 18:40

Qara Qarayev: Yenə qızıl dubl etmək istəyirik

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "İnter"ə qalib gəlməklə qızıl medallara və Çempionlar Liqasına daha da yaxınlaşdınız...
- Matça yaxşı hazırlaşmışdıq. Çətin oyun olacağını bilirdik. Oyun barədə xüsusu danışılası bir şey yoxdur. Komandamızı və baş məşqçi Qurban Qurbanovu qələbə münasibətilə tərik edirəm. Çünki o, bu qələbəmiz üçün çox iş gördü. Onun bizə inamı belə qələbə qazanmağımıza kömək etdi. "İnter"in heyətindəbir neçə futbolçu meydanda deyildi. Yəqin ki, onları bizimlə kubok matçlarına qoruyurdular.

- Siz çətin olduğunu deyirsiniz, amma əslində oyun sizin üçün asan keçdi...
- Xeyr, bizim üçün çətin oyun keçdi. Çünki meydanda çox çalışmalı olduq. "İnter" kimi klubu bağlamaq asan ola bilməz. Sadəcə, biz öz istədiklərimizi edə bildik. "İnter"in sıx oynadığını bilirdik. Amma belə rəqiblə görüşdə bu qədər qol vəziyyəti yarada bildiksə, deməli, komanda yoldaşlarımın oyunu xüsusi qeyd oluna bilər.

- Sizi növbəti çempionluqdan cəmi bir qələbə ayırır...
- Biz bu barədə düşünmək istəmirik. Hətta çempionluğu vaxtından öncə təmin etsək belə, yenə oyun sxemimizi, məşqlərimizi dəyişməməliyik. Bu tempi mövsümün sonuna qədər qorumaq lazımdır.

- Reynaldonun zədədən qayıdandan sonra ardıcıl qollar vurmasını necə şərh edərdiniz?
- Ona uğurlar arzulayıra. Zədə futbolçu üçün doğrudan da pis şeydir. Ümid edirəm ki, bundan sonra onda belə zədələr olmayacaq.

- Riçard Almeydanın meydanda olmamasını hiss edirsiniz?
- Əlbəttə. Axı o, komandamızda liderlərdən biridir. Amma onun yoxluğunda qələbə qana bildik.

- Bəs öz oyununuz barədə nə deyərdiniz?
- Məndən tələb olunanı edirəm. Məhsuldarlığım Qurban Qurbanovu narahat etsəydi, heyətə düşməzdim. Mən onun tələblərini yerinə yetirirəm. Görünür, o, razıdır.

- Kubokun yarımfinal mərhələsində də sizi "İnter"lə oyunlar gözləyir. Sizə elə gəlmir ki, həmin oyunlar çempionatdakı görüş kimi asan keçməyəcək?
- Bəli, həmin oyunlar bizim üçün ağır keçəcək. Bu, çempionatın ən çətin dövrüdür. "İnter"lə ardıcıl üç oyun keçirməliyik. Ümid edirəm ki, çempionatda qazandığımız uğurun davamını kubok görüşlərində də gətirə biləcəyik.

- "Qarabağ" ötən mövsüm olduğu kimi, yenə "qızıl dubl" edə biləcək?
- Ümid edirəm. Bu uğuru yenidən təkrarlamaq istəyirik. Bacarıb bacarmayacağımızı zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.