25 aprel 2016 18:20
Rəhman Hacıyev: Yenicə özümə gəlirəm
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev uzun müddətdir oynamamasının səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana çıxmamağımı komandamızdakı məşqçi dəyişikliyi ilə əlaqələndirmək lazım deyil. Böyrəyimdə problem var idi. Buna görə iki həftə məşq etmədim. Yenicə özümə gəlirəm. "Zirə" ilə oyun öncəsi Vəli Qasımov dedi ki, sənə oynamağa şans verəcəyəm. Sağ olsun ki, məni meydana buraxdı. Mən isə əlimdən gələni etməyə çalışdım".
