25 aprel 2016 18:00
"Azərbaycan yığmasında mənim səviyyəmdə forvard yoxdur"
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılov bəyan edib ki, hazırda milli komandamızda onun tipli forvard yoxdur. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasında mənim səviyyəmdə forvard yoxdur. Samir Əliyev, Emin Quliyev, Tərlan Əhmədov, Qurban Qurbanov kimi futbolçular yoxdur. Niyəsini bilmirəm. Halbuki, ölkəmizdə futbol inkişafdadır. Amma ölkəmizdə elə futbolçular görmək istərdim ki, onlarla fəxr edək".
