25 aprel 2016 17:20

Kakau: Azərbaycandan aldığım təklif maddi baxımdan cəlbedicidir

Futzal üzrə Qazaxıstan yığmasının baş məşqçisi, eləcə də bu ölkənin "Kayrat" klubunun braziliyalı çalışdırıcısı Kakau Azərbaycan millisini çalışdıracağına dair yaranan ehtimallara münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, çalışdığı klubun rəsmi saytına açıqlamasında bu məsələyə görə Qazaxıstanda yaranmış narahatlığa ciddi əsasların olmadığını bəyan edib:

"Azərbaycanlı jurnalist mənə zəng etdi, bir neçə sualını cavablamağımı xahiş etdi. Təbii ki, mən də bundan imtina etmədim. Digər həmkarlarınız kimi siz də bilirsiniz ki, mən müsahibə verməkdən heç vaxt imtina etmirəm. Biz mənim Qazaxıstan yığmasında başa çatmaq üzrə olan müqaviləmdən danışdıq, eləcə də digər məsələlərlə bağlı fikirlərimi bölüşdüm.

Qazaxıstan yığmasından ayrılacağım barədə xəbərlərə gəlincə, siz ilk növbədə onu unudursunuz ki, mənim "Kayrat"la müqaviləm var. Polşaya qarşı keçirdiyimiz pley-off oyunlarından sonra Qazaxıstan Futbol Federasiyasının prezidenti Erlan Kojaqapanovla söhbətimiz oldu və mən Kolumbiyada keçiriləcək dünya çempionatının sonuna kimi millidə qalacağıma dair razılıq verdim. Verdiyim sözə əməl etməyə alışmışam. Həm də Qazaxıstanda qalıb çalışmağı özüm də istəyirəm. Nəzərə alın ki, mən yığma komanda ilə dörd ilə yaxındır müqaviləsiz çalışmışam. Amma buna fikir verməmişəm. Çünki Qazaxıstan mənim ikinci evimdir. Bu gözəl ölkənin hər bucağında dostlarım var və buranı tərk etmək asan olmaz.

Qeyd edim ki, Azərbaycan yığmasını çalışdırmaqla bağlı aldığım təklif təkcə maliyyə baxımından cəlbedici deyildi. Amma mən razı olsam, "Kayrat"ı da tərk etməli olacağam. Halbuki, bu klubla 2018-ci ilədək müqaviləm var. Buna görə də Qazaxıstan yığması ilə istənilən vaxt yığmada çalışmağa dair rəsmi müqaviləni imzalaya bilərəm. Qarşıda dünya çempionatı var. Kimsə belə məsuliyyətli bir yarışda komandanı tərk edəcəyimi düşünürsə, deməli, məni yaxşı tanımır. Azərbaycan tərəfinə maraqlı müqavilə təklifinə görə bir daha təşəkkürümü bildirirəm. Amma indi komandamı tərk edə bilmərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.