25 aprel 2016 16:00
PFL yenə təqvimi dəyişdi
Topaz Premyer Liqasının 32-ci, birinci divizionunun 24-cü turunun oyun cədvəlində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, görüşlərin canlı yayımını əsas götürən Peşəkar Futbol Liqası “Kəpəz” - “Rəvan” və AZAL - “Xəzər Lənkəran” görüşlərinin 30 apreldə keçirilməsinə qərar verib.
Birinci divizionun MOİK - “Turan Tovuz” və “Qaradağ Lökbatan” - “Zaqatala” görüşləri 29 apreldə baş tutacaq.
