25 aprel 2016 17:00
Rəhman Hacıyev: Bütün ümidimiz kubokadır
"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bütün ümidimiz kubokadır. Ona görə də "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq. Amma bu, çempionatdan tamamilə əlimizi üzdüyü anlamına gəlməməlidir. Qarşıda qələbə qazanmalı olduğumuz oyunlar var. Kubok isə bizə avrokuboklara vəsiqə qazanmaq imkanı verəcək".
Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı aprelin 27-də keçiriləcək və saat 19:00-da start götürəcək.
