25 aprel 2016 14:30

Samir Abasov: 12-14 oyunçu ilə danışıq aparırıq

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan (2:3) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- "Kəpəz"lə oyunda hər şey o dərəcədə pis idi ki, siz yayda 5-6 futbolçu istisna olmaqla qalan hər kəsin komandadan uzaqlaşdırılacağını açıqladınız?
- Mən bunu "Kəpəz"lə oyundan əvvəl də demişdim. Hərdən bəzi futbolçuların meydanda nə iş görmək istədiyini anlaya bilmirəm. Onlarla hər dəfə çalışırsan, amma meydanda yenə də eyni səhvləri təkrar edirlər. Ola bilər ki, bu futbolçulardan nə istədiyimizi başa sala bilməməyimiz bizim günahımızdır. Yəqin ki, onları daha yaxşı anlaşa biləcəkləri klublara yola salmaq lazımdr. Biz ötən gün rəqibə çox hədiyyə etdik.

- Siz futbolçularda ustalıq səviyyəsinin aşağı olduğunu iddia edirsiniz. Bəlkə bu, futbolçuların qazancından irəli gəlir?
- Futbolçuların maaşları normaldır. Mən buna da uyğun oyun tələb edirəm. Hətta futbolçular var ki, layiq olmadığı maaşı alır. Bizdə maaşlar "İnter"dəkindən az deyil. Səlahət Ağayev "Sumqayıt"a özünü yaxşı tərəfdən göstərmək üçün gəldi ki, daha böyük kluba keçsin. Məndə olan məlumata görə, onu heyətində görmək istəyən klublar çoxdur. Amma bizdə elə futbolçular da var ki, artıq öz taleyi ilə barışıb, "Sumqayıt"ı özü üçün ən yüksək sədd hesab edir. Onları inkişaf etmək, daha güclü komandalara keçmək maraqlandırmır. Belə futbolçulardan azad olmaq istəyirəm. Hücumçuya öz qapısına qol vurmamağı mən öyrətməliyəm? Hər oyunda eyni səhvləti etmək olmaz axı.

- Qorxmursunuz ki, sizin bu sözlərinizdən sonra komandada döyüşkən ruh daha da korlana bilər?
- İtiriləsi nəyimiz var ki? Avropa Liqasına artıq düşə bilmərik. Bunu demək lazımdır ki, başa düşsünlər. Qoy bundan sonra komandada qalmaq, heç olmada digər komandaya keçmək üçün meydanda döyüşsünlər. Mənim bu sözlərimdən sonra əlini-qolunu yanına salan futbolçu kimə nə pislik edəcək ki?

- Növbəti mövsümün planlarından danışırsınızsa, deməli, komandadakı işinizi davam etdirəcəksiniz...
- Mənə yeni mövsüm üçün komanda yaratmağı həvalə ediblər. Hamı bilir ki, indiki heyəti mən qurmamışam. Yeni müqaviləyə gəlincə, təbii ki, mövsümün sonunda buna dair müzakirələrimiz olacaq.

- "Sumqayıt"ın büdcəsinin böyük olmadığını nəzərə alsaq, komandadan göndərəcəyiniz futbolçuları kimlərlə əvəz edəcəksiniz?
- Artıq 12-14 futbolçu ilə danışıq aparırıq. Təəssüf ki, əksər futbolçuların klubları ilə müqaviləsi var. Onları razı salmaq çətin olacaq. Maddi baxımdan problem olmayacaq. Çünki komandanı neçə futbolçu tərk edəcəksə, o qədər də yeni oyunçu alacağıq. Özü də yalnız gənc futbolçularla güclənməyi düşünmürük. Aralarında təcrübəli futbolçular da olacaq.

- Bəs komandada qalacaq 5-6 xoşbəxt futbolçu kimdir?
- İstisna deyil ki, onların sayı 10-a qədər artsın. Təbii ki, bu, hansısa futbolçuların qalan turlarda özlərini göstərməsindən asılıdır. Arxayınlaşmamaları üçün indi ad çəkmək istəməzdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.