25 aprel 2016 12:30
Rəvan 30-a çatdı
Topaz Premyer Liqasının 31-ci turunun AZAL-la ev oyunu “Rəvan” üçün tarixi qələbəylə əlamətdar olub. Azerisport.az xəbər verir ki, paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib.
1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun yetirmələri Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib. Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. “Rəvan” 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib.
“Sarı-qırmızılar” qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.
