25 aprel 2016 11:45

Rüfət Dadaşov: Ona demək istərdim ki, mən Toğrul Eratla eyni liqada oynayıram

Azərbaycan yığmasının sabiq futbolçusu, hazırd Almaniyanın "Germaniya Halberştadt" klubunda çıxış edən Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi

- Millimizin baş məşqçisi Robert Prosineçki sizə dəvət göndərməməsinin səbəbini açıqlayıb. O, bəyan edib ki, Almaniyanın beşinci liqasında çıxış edən futbolçuya dəvət göndərmək istəmir. Sizin buna münasibətiniz?
- Mən də baş məşqçi olsaydım, yığmaya beşinci liqadan futbolçu çağırmazdım. Amma mən beşinci yox, dördüncü liqada oynayıram. Özü də bu Almaniyada peşəkarların oynadığı liqalardan biridir. Gündə iki dəfə məşq edirik. Hansı ki, bunu Azərbaycan klubları da edir. Mən heç cür başa düşə bilmirəm ki, Prosineçki ilə aramızda nə problem var.

- Nə problem ola bilər ki?
- Mən onunla heç vaxt ünsiyyətdə olmamışam. Haqqında da heç vaxt pis nəsə söyləməmişəm. Məni yığmaya dəvət etmir, yenə də pis nəsə demirəm. Ona görə də anlaya bilmirəm ki, aramızdakı problem nədən ibarətdir.

- Maraqlıdır, Prosineçki nə əcəb sizin beşinci yox, dördüncü liqada oynadığınızı bilmir?
- Belə düşünürsə, deməli, heç mənim necə komandada oynadığımı bilmir. Ona məlumat vermək istərdim ki, mən onun tez-tez dəvət göndərdiyi Toğrul Eratın çıxış etdiyi liqada oynayıram.

- Yəqin ki, xorvatın bu açıqlamasından sonra nə vaxtsa milliyə dəvət alacağınıza inamınız qalmadı...
- Bilmirəm. Bunu ondan soruşmaq lazımdır. Prosineçki məni bu günə qədər yığmaya dəvət etməyibsə, deməli, bundan sonra da dəvət etməyəcək. Mən belə düşünürəm.

- Deməli, yığmaya dəvət almaq üçün daha tanınmış kluba keçməlisiniz...
- Bu barədə heç nə deyə bilmərəm.

- Almaniya dördüncü liqasını Azərbaycan Premyer Liqası ilə müqayisə edə bilərsiniz?
- Azərbaycanda "Qarabağ" kimi güclü klub var. Bu komanda istisna olmaqla, Azərbaycanın qalan klublarından heç biri Almaniyanın dördüncü liqasında çıxış edə bilməz. Mənim yığmadakı çıxışımı hər kəs görüb. Fikrimcə, mən Topaz Premyer Liqasında çıxış edən futbolçulardan zəif deyiləm. Ona görə də bu söhbətlərin mənim üçün heç bir mənası yoxdur. Azərbaycanın birinci divizionunda, İspaniyanın üçüncü liqasında və ya Almaniyanın dördüncü liqasında oynamaq önəmli deyil. Əsas sabit və yaxşı oyun sərgiləməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.