25 aprel 2016 11:15

"Əsas komandada oynamağa hazıram"

Topaz Premyer Liqasının 31-ci turu “Qəbələ”nin gənc futbolçusu Ehtiram Şahverdiyev üçün əlamətdar oldu. Azerisport.az xəbər verir ki, klubun futbol akademiyasının 19 yaşlı yetirməsi əsas komandada debüt etdi.

Əvəzedicilərin çempionatının ən yaxşı bombardiri “Xəzər Lənkəran”la səfər oyununun (1:0) 82-ci dəqiqəsində meydana çıxıb. Ehtiram debüt matçı haqda fikirlərini klub saytına açıqlayıb:

“Gənc oyunçu kimi əsas komandada debüt etməyim yaxşı oldu. Təbii ki, əvəzedici komanda ilə əsas heyət arasında fərq böyükdür. Burada təcrübəli oyunçularla birlikdə çıxış etdim. Buna çox sevinirəm. Əvvəlki qarşılaşmalarda da adım “18-liy”ə daxil edilsə də, debütüm məhz “Xəzər Lənkəran”la görüşdə gerçəkləşdi. Hər oyunda meydana çıxacağımı gözləyirdim. Məşqçi mənə bu oyunda şans verməyi lazım bildi. Oyun barədə onu deyə bilərəm ki, meydanda çox istəkli idim. Buna baxmayaraq, oynadığım qısa müddətdə topa toxunuşum da az oldu. Öz oyunumdan razı qalmadım. Bu, birinci oyun olması ilə bağlıdır. Qarşıdakı matçlarda daha yaxşı olacağını düşünürəm. Debüt matçında həyəcanlı olduğumu söyləməzdim. Var idisə də, çox az idi. Əvəzedici heyətdə çox oynadığımdan kifayət qədər praktikamın olması həyəcan keçirməməyimə kömək etdi. İndiki vəziyyətdə əsas komandada oynamağa hazıram. Şans versələr, qarşıdakı oyunlarda da komandaya əlimdən gələn köməyi edə bilərəm. İstəyərdim ki, cari mövsümün sonunadək qol hesabımı da açım. 3 gündən sonra Azərbaycan kubokunun “Neftçi” ilə ilk oyununa çıxacağıq. Son iki matçda qalib gəlmişik. Komanda hazırda yaxşı durumdadır və Bakıdakı oyunda da qələbə qazana bilərik. Ümid edirəm ki, bu görüşdə də məşqçimiz mənə şans verər. Mən də bundan maksimum yararlanmağa çalışacağam”.

Şahverdiyev 2005-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən “Qəbələ”nin 11 illik tarixinə 201-ci futbolçu kimi düşüb. Bunadək müxtəlif turnirlərdəki rəsmi matçlarda 200 futbolçuya güvənən komandanın 201-cisi Premyer Liqada “qırmızı-qara” forma geyinən 185-ci oyunçudur. 20 yaşını bu ilin oktyabrında qeyd edəcək hücumçu bu yaşa çatmamış əsas komandada debüt edən 21-ci futbolçudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.