25 aprel 2016 00:20
Vüqar Əsgərovun komandası yenə məğlub oldu
Futbol üzrə Latviya birinci liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Auda" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 1:2.
Vüqar bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, geridə qalan turlarda cəmi bir xalı olan "Olayne" 15 klub arasında 11-ci pillədə qərarlaşıb.
