25 aprel 2016 00:10
İsrafilov oynamadı, Kordoba xal itirdi
Futbol üzrə İspaniyanın ikinci liqasında 35-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kordoba" da növbəti matçına çıxıb.
Futbolçumuzun klubu doğma meydanda "Tenerife" ilə qarşılaşıb. Matç qolsuz başa çatıb. Eddinin adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Kordoba" geridə qalan turlarda topladığı 52 xalla 22 komanda arasında 9-cu pillədə qərarlaşıb.
