24 aprel 2016 00:45
Azərbaycanlı futbolçuların klubu yenə məğlub oldu
Latviya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Qurbanlı ilə Mirabdulla Abbasovun komandası - "Dauqava" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Riqa" ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının məğlubiyyəti ilə başa çatıb - 0:2.
Bu oyunda Orxan start heyətdə meydana çıxıb və sona qədər mübarizə aparıb. O, 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Mirabdulla isə 46-cı dəqiqəqə meydana çıxıb.
Qeyd edək ki, 5 turdan sonra 3 xala malik olan "Dauqava" 8 klub arasında sonuncu pillədə qərarlaşıb.
