24 aprel 2016 00:35
Samir Məsimov oynadı, Domjale qalib gəldi
Sloveniya çempionatında 31-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Rudar" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb - 2:1. Məsimov bu görüşün 82-ci dəqiqəsində meydana çıxıb. "Domjale" qələbə qolunu məhz bundan altı dəqiqə sonra rəqib qapısından keçirib.
Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 49 xalla üçüncü pillədə qərarlaşıb.
