24 aprel 2016 00:15

Erik Ramos: Azərbaycan haqda heç vaxt pis nəsə danışa bilmərəm

"Neftçi"nin yarımmüdafiəçisi Erik Ramos Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Meydanda çox güc qoyduq. Təəssüf ki, qələbə qazana bilmədik. Amma yaxşı olacağına inanırıq. Qarşıda "Qəbələ" ilə üç vacib oyunumuz var.

- Çoxdandır müsahibə vermirsiniz. Özünüzə sual verirsiniz ki, jurnalistlər niyə sizdən müsahibə almırlar?
- Sadəcə, mənim dediklərimi ispan dilindən tərcümə edən yoxdur. İngilis dilini də bilmirəm.

- Bəs tək ispan dili ilə Bakıda yaşamaq çətin deyil?
- İngilis dilində az da olsa, başa düşürəm və bu, kifayət edir. Bu baxımdan xüsusi problem hiss etmirəm.

- Artıq yayda "Neftçi"dən gedəcəyinizi demisiniz. Bu klubda gələcəyinizin olmadığını bilə-bilə oyunlara köklənmək çətin deyil ki?
- Burada kifayət qədər vaxt keçirmişəm. Heç bir problem yoxdur və ola da bilməz.

- Siz "Neftçi"nin çempion olduğu dövrlərdə də bu klubda oynamısınız. Komandanın indiki vəziyyətində oynamaq çətin deyil?
- Təəssüf ki, biz əvvəlki gücümüzü qoruya bilməmişik. Amma gələcəkdə hər şeyin yaxşı olacağına ümid edirəm.

- Bəs klubunuz həmin gücünü niyə qoruya bilmədi?
- Yeni layihələrlə bağlı problem var. Onları düzgün qurmayıblar. Hər dəfə yeni işçilər, futbolçular gəlir və ritm pozulur.

- Azarkeşlər də komandaya inamlarını itiriblər...
- Heç kim bu vəziyyətə düşməyimizi istəməzdi. Yaxın iki ildə vəziyyət düzələcək.

- Son dövrlər manatın devalvasiyasına görə Azərbaycanı tərk edən legionerlər ölkələrində heç də tərif yağdırmırlar. Bəs siz nə danışacaqsınız?
- Azərbaycan barədə heç vaxt pis nəsə danışa bilmərəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.