23 aprel 2016 22:00

Prosineçki: Həftədə bir oyuna görə yorğunluqdan danışmaq yersizdir

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Zirə" oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyundan razı qalmadım. Qol görə bilmədik. "Zirə"nin heç-heçə üçün gəldiyi hiss olunurdu. "Neftçi"də isə böhran hələ də davam edir.

- Nəticədən narazı qaldınız, ya qol vurulmamasından?
- Qapıya bir dənə də olsun normal zərbə görmədik. Hər iki komandanın futbolçuları pis oynadılar.

- Ruslan Qurbanov son dövrlər çox tənqid olunur. Bəs siz onunla bağlı hansı fikirdəsiniz?
- Təkcə Ruslanın yox, bütövlükdə hər iki komandanın oyunçularından narazı qaldım. "Neftçi" öz potensialını aça bilmir. Qarşıda kubokun yarımfinal oyunları var. Baxaq, görək komandalar həmin oyunlarda necə təsir bağışlayacaqlar. "Qəbələ"nin də bu gün "Xəzər Lənkəran"la oyununu izlədim. Bu komanda da zəif rəqibi ilə görüşdə öz potensialını aça bilmədi. Halbuki, "Qəbələ"dən daha artığını gözləyirdim.

- Sizcə, futbolçular niyə zəif oynayırlar? Bu, yorğunluqdan irəli gələ bilər?
- Komandalar həftədə bir dəfə oynayırlar. Ona görə də yorğunluqdan danışmaq yersizdir. Avropada həftədə iki dəfə oyuna çıxırlar. Həftədə bir dəfə oynamaqla yorğunluqdan danışmaq qeyri-ciddidir.

- Qarşıdakı Avstriya toplanışında yeni adlar görə bilərik?
- Bilmirəm. Baxacağıq.

- Avstriya toplanışındakı üçüncü rəqib kim olacaq?
- Bizi Kanada və Makedoniya ilə maraqlı oyunlar gözləyir. Amma üçüncü rəqibin kim olacağını hələ bilmirik. Sadəcə, onu deyə bilərəm ki, bu komandaya qarşı ilk oyunumuzu mayın 26-da keçirəcəyik.

- Rüfət Dadaşovu niyə dəvət etmirsiniz?
- O, Almaniyanın beşinci liqasında oynayır. Onu dəvət etsək, gərək Azərbaycan çempionatını dayandıraq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.