23 aprel 2016 21:10
Vəli Qasımov: Futbolçularımız yaxşı oynadılar
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Zirə" çempionatın debütantı olsa da, əla çıxış edir və layiqli olaraq ikinci pillədə qərarlaşıb. Biz bu gün qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Ola bilsin ki, nəsə çatmadı. Qələbə qazansaydıq, bundan razı qalardım. Amma bütövlükdə uşaqlar yaxşı oynadılar". (CBC)
