Mixail Savka: Çətinliklə qalib gəldiyimizi deməzdim
"Qəbələ"nin məşqçisi Mixail Savka Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Roman Qriqorçuk bu gün texniki zonada olmasa da, tribunadan oyunu izləyirdi və daim komanda ilə birgədi. Bu oyunda böyük çətinliklə qalib gəldiyimizi deməzdim. Birinci hissədə hesab arasındakı fərqi artırmaq üçün xeyli şansımız oldu. Amma ustalıq çatışmadı. Amma bütövlükdə çempionatda sıradan oyun olmur. Həm də mövsümün sonudur və hər komandaya xal və xallar vacibdir. Aleksey Antonova gəlincə, yaxşı oynadı. Onun qol epizodları oldusa, deməli, yaxşı oynadı. Sadəcə, qol vəziyyətlərindən yararlanmaq da lazımdır".
