23 aprel 2016 15:00
Fərrux İsmayılov: Tərlan Əhmədov alqışlara layiqdir
Azərbaycan yığmasının sabiq hücumçusu Fərrux İsmayılov Topaz Premyer Liqasının səviyyəsinə dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Premyer Liqanın səviyyəsi aşağı düşüb. Çempionat maraqsız keçir. "Qarabağ" çoxdan çempion olduğunu isbatlayıb. Sadəcə, onların oyunu xoş təəssürat yaradır. Ona görə də bu komandanın çempionluğu normaldır. "Zirə" və AZAL-ın da çıxışını qeyd etmək istərdim. Bu komandalarda düzgün iş aparıldığı hiss olunur. AZAL-ı xüsusi qeyd edərdim. Belə heyətlə bu cür çıxış etmək böyük işdir. Tərlan Əhmədov alqışa layiqdir. Bir də Roman Qriqorçukdan soruşmaq lazımdır ki, "Qəbələ" bu cür heyətlə niyə belə oynayır".
