23 aprel 2016 14:30
Bəhmən Həsənov: AZAL-a qalib gələ bilərik
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL son dövrlər yaxşı futbol sərgiləyir, nəticələr qazanır. Amma biz bu oyunda qələbə qazana bilərik. AZAL-a qalib gəlmək istəyirik. Bu və ya digər səbəblərdən Ceyhun Abdullayev, Cəmşid Məhərrəmov, Elvin Əliyev və Elvin Həsənəliyev qarşıdakı oyunu buraxmalı olacaq. Buna baxmayaraq, sonadək mübarizə aparacağıq".
