23 aprel 2016 14:00

Vüqar Nadirov: Qarabağ artıq çempiondur

"İnter"in hücumçusu Vüqar Nadirov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Matç barədə nə deyə bilərsiniz? Niyə belə zəif oynadınız?
- Meydan sahiblərindən xal almaq istəyirdik. "Qarabağ"ın güclü komanda olduğunu, topa yaxşı nəzarət etdiyini bilirdik. Təəssüf ki, bizim bu matçda oyunumuz alınmadı. Allah eləsin ki, kubok oyunlarında uğur qazanaq.

- Belə oyuna rəğmən, yenə də uğur qazanacağınıza inanırsınız?
- Bəlkə də belə zəif oynamağımız yaxşı oldu. Mümkündür ki, kubokda daha yaxşı oynadıq. Bu oyunda yaxşı nəticə qazansaydıq, yarımfinal oyunlarına arxayın çıxa bilərdik. Amma bu məğlubiyyətdən sonra kubok görüşlərinə daha ciddi yanaşacağıq, sonadək mübarizə aparacağıq.

- "İnter"in futbolçuları sanki istəksiz idilər. Oyundan öncə komandada hansısa problem yox idi?
- Xeyr, heç bir problem yox idi. Biz müdafiədən oynamağa qərar vermişdik. Çünki rəqib topa yaxşı nəzarət edir. Rəqibi əks-hücumlarda yaxlamaq istəyirdik. Amma müdafiədən hücuma keçməkdə problemlərlə üzləşdik. Mənə elə gəlir ki, biz bu gün müdafiəyə həddən artıq çox diqqət ayırmışdıq.

- İlk qolu komandanın təcrübəli müdafiəçisi Zurab Xizanişvilinin səhvi nəticəsində buraxdınız...
- Bu futboldur. Hər şey ola bilər. Xizanişvili böyük futbolçudur. Onun İngiltərə, Türkiyə çempionatlarında təcrübəsi var. Hətta ən güclü futbolçular da səhvə yol verə bilirlər. Bundan heç kim sığortalanmayıb.

- Yəqin ki, rəqibdən başqa hər kəs sizin bu oyunda qol vurmağınızı istəyirdi...
- Bunu özüm də çox istəyirdim. Alınmadı. Qarşıda "Qarabağ"la kubok oyunlarımız da var. Bir sözlə, hələ şans qalır.

- Sizcə, ağdamlılar çempionluğu rəsmiləşdirdilər?
- Mənə elə gəlir ki, "Qarabağ" artıq çempiondur. Sadəcə, komanda üzvləri bunu öncədən dilə gətirmək istəmirlər. Düz edirlər. Çünki arxayınlıq yarana bilər. Hər şey rəsmiləşəndən sonra bu barədə danışmaq daha doğrudur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.