23 aprel 2016 20:50

Paytaxt derbisində heç-heçə, Qəbələ Xəzər Lənkərana qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 31-ci turun növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutub.

Öncə "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar 3 xala sevinən tərəf olublar.

Günün digər matçında iki paytaxt klubu - "Neftçi" ilə "Zirə" üz-üzə gəlib. Paytaxt derbisində qapılara qol vurulmayıb.

Topaz Premyer Liqası
31-ci tur

23 aprel (şənbə)

“Xəzər Lənkəran” - “Qəbələ” - 0:1 (0:1)
Qol: A.Qay, 8 (0:1).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 8. Vüqar Bəybalayev, 10. Tural Qürbətov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 41. Hüseyn Xəlilzadə, 99. Mahsun Qəmbərli.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 7. Orxan Səfiyaroğlu, 9. Bayram Budaqov, 12. İlyas Səfərzadə, 35. Elfad Baləhmədov, 45. Heydər Babayev, 47. Mirabbas Qədirli.
Baş məşqçi: Elbrus Məmmədov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 13. Murad Musayev, 19. Aleksey Qay, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 25. Qismət Alıyev, 34. Urfan Abbasov, 77. Ehtiram Şahverdiyev, 90. Ramil Hasanov.
Məşqçi: Mixaylo Savka.

“Neftçi” - “Zirə” - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 53. Maksim Vaylo, 3. Jayro, 7. Araz Abdullayev (k), 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 27. Məqsəd İsayev, 26. Kamal Qurbanov, 95. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 4. Rahil Məmmədov, 18. Elşən Rzazadə, 8. Elşən Abdullayev, 14. Məhəmməd Qurbanov, 19. Fəhmin Muradbəyli, 20. Anyete.
Baş məşqçi: Vəli Qasımov.
“Zirə”: 1. Anar Nəzirov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 13. Aleksandr Şemonayev (k), 14. Tellur Mütəllimov, 11. Viktor İqbekoyi, 32. Tato, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 28. Təmkin Xəlilzadə, 17. Nicat Qurbanov, 39. Sadiq Quliyev, 90. Vüsal İsgəndərli, 6. Vüqar Mustafayev, 96. Elgün Nəbiyev.
Baş məşqçi: Adil Şükürov.

Turun digər oyunları: “Qarabağ” - “İnter” - 2:0. 24 aprel (14:00. “Sumqayıt” - “Kəpəz”, 16:00. “Rəvan” - AZAL).

Bombardir:
14
- Nelson Bonilya ("Zirə").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.