23 aprel 2016 00:25

Migel Madera: İnteri kubokda da keçə bilərik

"Qarabağ"ın yarımmüdafiəçisi Migel Madera Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çətin oyun alındı. Buna baxmayaraq, biz növbəti üç xalı qazanıb, hədəfimizə bir qədər də yaxınlaşdıq.

- Sizə elə gəlmir ki, qələbəni asanlıqla əldə etdiniz?
- Rəqib 90 dəqiqə müdafiə olundu. Buna görə də biz bütün oyunu topa nəzarət etməyə, hücumlar qurmağa çalışırdıq. Daha çox qol vura bilərdik. Çünki bu görüşdə yetərincə qol epizodumuz oldu.

- Adətən, ispanlar soyuqqanlı olurlar, amma siz çox aqressiv idiniz...
- Mən özümü tamamilə oyuna verirəm. Ola bilsin ki, buna görə hərdən emosiyalarımı qoruya bilmirəm. Belə olan vəziyyətlərdə baş məşqçi mənə sakit olmağı məsləhət görür. Amma bu, həmişə alınmır.

- Mövsümün əvvəlində sizə çox az adam inanırdı. Amma hazırda yeni gələnlər arasında meydanda ən çox vaxt keçirən sizsiniz...
- Mən mövsümün əvvəlində formada deyildim. Üstəlik, Premyer Liqaya uyğunlaşmağım lazım idi. İndi isə yaxşı formadayam. Mənə şans verirlər, mən də bundan yararlanıram.

- Qarşıda "İnter"lə kubok oyunlarınız da var. Həmin görüşlərdən nə gözləyirsiniz?
- Çətin olacaq. "İnter" çətin rəqibdir. Müdafiə olunmağı bacarır. Amma biz onları keçə bilərik.

- Deyəsən, əvvəllər çempion olmamısınız. Amma "Qarabağ"la ilk dəfə belə bir titul qazanmağa yaxınsınız...
- Mənim kubokda qələbəm var. Amma çempionatda qalib olmamışam. Bu, məni daha da motivasiya edir.

- Bu, çempionatımızdakı ilk mövsümünüzdür. Necə dəyərləndirərdiniz?
- Özümü burada yaxşı hiss edirəm. Sanki öz evimdəyəm. Şəraitimiz də yaxşıdır.

- "Qarabağ"ı İspaniya klubları ilə müqayisə edə bilərsiniz?
- Komandamız oyun stilinə görə "Barselona"ya oxşayır. Amma keyfiyyət baxımından təbii ki, "Qarabağ" İspaniya klubuna uduzur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.