23 aprel 2016 00:05

Maksim Medvedev: Qarabağdan heç bir yerə getmək istəmirəm

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Matçla bağlı fikirləriniz....
- Ağır matç alındı. Amma vacib görüş idi. Bu mərhələdə səhvə yol vermək istəmirik. Yaxın izləyicilərimizlə xal fərqini qorumaq istəyirik. Bizim üçün bu oyunda hər şey yaxşı alındı, top saxlamağı bacardıq.

- Sizə elə gəlmir ki, rəqib zəif oynadı?
- Bu, onların işidir. Biz öz işimizi görürük. Ola bilsin ki, onlar öz güclərini kubok oyunlarına qoyurlar. Yəqin ki, orada daha güclü heyətlə oynayacaqlar.

- Bəs "Qarabağ" öz seçimini hansı turnirdən yana edib?
- Bizim üçün hər iki turnir vacibdir. Biz kubokun da qalibi olmaq istəyirik.

- Sizə elə gəlmir ki, "Qarabağ" rəqiblərini həddən artıq qabaqlayır?
- Bizim öz strukturumuz var. Əvvəllər 14-15 futbolçu ilə mübarizə aparırdıq. Amma indi iki heyətlə çıxış edirik.

- Bəs sizin ciddi rəqibinizin olmamasına münasibətiniz necədir?
- Rəqabət olmasaydı, biz üç oyunda uduzmazdıq.

- Üç məğlubiyyət çoxdur ki?
- Cəmi üç oyunda uduzmağımız məni sevindirir. Amma hər oyunda çox qol vurub, az top buraxmaq istəyirik.

- Mövsümün son oyunlarını süni örtüklü "İnter Arena"da keçirəcəksiniz. Bu, sizi narahat etmir ki?
- Bəli, çətin olacaq. Biz zədə almaq istəmirik. Süni örtüklü meydanda oynamaq daha çətindir. Çünki biz hətta məşq edəndə də yaxşı, təbii örtüklü qazonda hazırlaşırıq.

- Maraqlıdır, sizinlə bağlı heç bir transfer xəbəri olmur...
- "Qarabağ" mənim üçün doğma klubdur. Uşaqlıqdan burada oynayıram. Burada daha çox vaxt keçirirəm, nəinki evdə. Heç bir yerə də getmək istəmirəm. Transfer söhbəti olan kimi də dərhal yox deyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.