22 aprel 2016 21:15
Zaur Svanadze: Meydanda bir komanda var idi - Qarabağ
"İnter"in baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Şərh edəcəyim heç nə yoxdur: üstünlük tamamilə meydan sahiblərinin tərəfində idi. Biz hətta rəqib qapısına zərbə də vura bilmədik. Qarşıda bizi "Qarabağ"la daha iki oyun gözləyir. Bu gün əsas heyətin altı üzvü yox idi. Ümid edirəm ki, növbəti oyunlarda onlar da sıraya dönəcəklər və biz "Qarabağ"a müqavimət göstərəcəyik. Bu gün meydanda yalnız bir komanda var idi - "Qarabağ". (СВС)
