22 aprel 2016 21:05
Qurbanov: Çempionluğa daha da yaxınlaşdıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox vacib qələbədir. Mövsümün sonuna yaxınlaşdıqca gərginlik daha da artır. Xüsusilə də bu rəqibə qarşı oyunlarda həmişə diqqətli olmağımız lazım gəlir. Bu gün də elə oldu. Üç xal qazanmağı bacardıq. Oyunçularımıza təşəkkürümü bildirirəm. Biz çempionluğa daha da yaxınlaşdıq". (СВС)
