22 aprel 2016 17:40

Rəşad Abdullayev: Digər klublara kömək etməyə hər birimiz hazırıq

"Zirə"nin kapitanı Rəşad Abdullayev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- Bir neçə gnü öncə "Zirə"nin prezidenti Vüqar Astanov maraqlı açıqlama verdi. O, aparıcı futbolçularının avrokuboklarda ölkəmizi təmsil edəcək digər klublara müvəqqəti icarəyə verilməsinin mümkünlüyünü dilə gətirdi. Siz bu barədə nə deyə bilərsiniz?
- Avropada Azərbaycanı təmsil edirik. Burada söhbət hansısa ayrı-ayrı klubdan yox, ölkədən gedir. Azərbaycan naminə birləşməyimiz vacibdir. Hazırda "Zirə"nin avrokuboklarda iştirakı sual altındadır. Təbii ki, komandamız qitə arenasında çıxış etmək şansı qazana bilməsə, biz hamımız digər klublara kömək etməyə hazırıq.

- Şəxsən siz buna razı olarsınız?
- Yüz faiz. Klub rəhbərliyi lazım bilsə, kömək etməyə hazıram. Çünki istənilən halda biz hər birimiz futbolumuzun inkişafı üçün çalışırıq.

- Belə olan halda "Zirə" növbəti mövsüm tam heyətlə hazırlaşa bilməyəcək ki, bu da sonralar komandanızın çıxışına mənfi təsir göstərə bilər...
- Fikrimcə, problem olmaz. Əksinə, digər klublara kömək etməyimiz bizim üçün əlavə stimul olacaq.

- Böyük ehtimalla, "Zirə"nin oyunçularına AZAL, "Kəpəz" və ya "Neftçi" ehtiyac duyacaq. Çünki "Qarabağ" və "Qəbələ"nin cinah oyunçularına ehtiyacı yoxdur. Bəs siz hansı klubu seçərdiniz?
- Yəqin ki, AZAL-ı. Amma bu, gələcəyin işidir. İndi bu barədə danışmağa dəyməz. AZAL kimi, "Kəpəz" də mənim üçün yaxın klubdur. Amma istənilən klubumuza kömək etməyə hazıram.

- Vaxtilə "Neftçi"də də oynamısınız. Amma bu klub hazırda çətin günlərini yaşayır...
- "Neftçi" bilirsiniz indi hara gedir? Bu klub Hans-Yurgen Gedenin dövrünə qayıdır. Mən o vaxt yenicə bu kluba keçmişdim. "Neftçi"nin özünə gəlməsi lazımdır. Şəxsən mənə qəribə gəlir ki, necə bu klub liderlərdən 20-30 xal geri qala bilər? Düzdür, bu, mənim indiki klubumun xeyrinədir. Amma bütövlükdə, "Neftçi" bu vəziyyətdə olmamalıdır. Çünki bu komanda futbolumuzun flaqmanıdır. "Neftçi"nin əvvəlki qüdrətini qaytarmaq üçün rəhbərlik və komanda üzvlərinin birləşməsi lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.