22 aprel 2016 18:20
Roman Qriqorçuk: Bizi indi Neftçi ilə oyunlar yox, XL ilə matç narahat edir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Heyətdə rotasiya etmək mümkündür. Amma bu, qarşıdakı "Neftçi" ilə kubok oyunlarına görə deyil. Biz indi bakılılarla oyunları düşünmürük. Hazırda bizi "Xəzər Lənkəran"la oyun narahat edir. Heyətdəki dəyişikliklər isə itkilərlə əlaqədardır. Lənkərandakı oyun bizim üçün çox vacibdir".
