22 aprel 2016 16:20
Rauf Əliyev: Hələ 90 dəqiqə oynamağa hazır deyiləm
"İnter"in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, hələ 90 dəqiqə oynamağa hazır deyiləm. Yeddi ay idi futbol oynaya bilmirdim. Bu dövrdə mənə çox çətin idi. Tam özümə gəlməyim üçün hələ vaxt lazımdır. Qarşıdakı oyun mənim üçün xüsusi əhəmiyyət daşımır. "Qarabağ"dan ayrılandan sonra 4-5 klubda oynamışam. Sadəcə, Ağdam klubu ilk komandam olub. Bu komanda hazırda ən yaxşı futbol sərgiləyən kollektivdir. Amma bu rəqibə qarşı keçirəcəyimiz həm çempionat, həm də kubok oyunlarında qələbə qazanmaq istəyirik".
