22 aprel 2016 15:00
Roman Qriqorçuk Pavel Paşayevin niyə oynamadığını açıqladı
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu qış transfer etdikləri Pavel Paşayevin niyə oynamadığına aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim işə öz yanaşmamız var və onu dəyişmək istəmirik. Meydana daha hazır olan futbolçuları buraxırıq. Sərəncamımızda olan və meydana çıxan cinah müdafiəçlərimiz daha yaxşı hazırlıqlıdır və belə demək mümkünsə, çempionata daha yaxşı uyğunlaşıblar. Biz Paşayevi də qiymətləndiririk, ona hörmətlə yanaşırıq. Onun da bizə köməyinin dəyəcəyini bilirik".
