22 aprel 2016 14:20

Yuri Fomenko: Qarabağa hər üç oyunda qalib gəlmək istəyirik

"İnter"in hücumçusu Yuri Fomenko Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Qarabağ"la oyuna hazırlıq necə gedir?
- Komandamız bu oyuna yaxşı köklənib, qələbə qazanmaq istəyirik. Heyətdə itkilərimiz var. Amma hansı komandada mövsümün sonunda belə itkilər olmur ki? İtkilərin olmasına baxmayaraq, meydana çıxıb, oynamalıyıq.

- Komandanızın mövsümün sonunda avrokuboklara buraxılmayacağı faktı sizi narahat etmir?
- Siz məsləhət görürsünüz ki, oynamayaq? Hədəfimiz qələbə qazanmaqdır. Hər oyuna belə köklənirik. Avrokuboklarda oynayıb-oynamayacağımız barədə indi düşünmək istəmirik.

- Qarşıda sizi "Qarabağ"la üç oyun gözləyir. Biri çempionat, ikisi kubok çərçivəsində. "İnter" bu oyunların neçəsində qalib gələ bilər?
- İstərdim ki, bütün oyunlarda qalib gələk (gülür). Amma sualınızın cavabını oyunlar göstərəcək. Hər şey ola bilər. "Qarabağ" elə komandalardandır ki, onlara qarşı oynamaq həmişə xoşdur. Belə oyunlarda özünü yaxşı tərəfdən göstərmək, uğur qazanmaq istəyirsən.

- Son turda "Kəpəz"in qapısına vacib qol vurdunuz. Davamı olacaq?
- Ümid edirəm. Əlbəttə, qol vurmağa davam etməyi özüm də çox istəyirəm.

- Mövsüm ərzində cəmi 3 qol vurmusunuz. Sizə elə gəlmir ki, bu, bir hücumçu üçün çox azdır?
- Əlbəttə, azdır. Daha çox qol vurmaq lazımdır.

- Rauf Əliyev zədəli olduğundan, uzun müddət sizinlə rəqabət aparan olmadı. Amma artıq o, sıraya dönüb...
- Onun yoxluğunda necə çalışırdımsa, bundan sonra da elə çalışacağam. Əlbəttə, rəqabət olanda stimul daha da çox olur.

- Müqavilənizin müddəti başa çatmaq üzrədir. Növbəti mövsüm üçün planlarınız necədir?
- Bu barədə bir aydan sonra düşünəcəyəm. İndidən heç nə deyə bilmərəm. Hər şey ola bilər.

- Hətta "Kəpəz"ə də qayıda bilərsiniz?
- Hər şey ola bilər. "İnter"də qala da bilərəm, gedə də. Necə olacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.