Joze Alesio: Azərbaycan yığmasına qayıtmağı özüm də istəyirəm
Braziliyalı mütəxəssis, Qazaxıstan millisinin məşqçisi Joze Alesio Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Millimizin sabiq çalışdırıcısı azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığması mənim üçün doğma komandadır. Orada beş il çalışmışam. Eşitmişəm ki, Zaur Axundov mənim qayıtmağımın əleyhinə deyil. Amma bir şərtlə ki, komanda dünya çempionatında uğurlu çıxış etsin. Bu sözləri eşitmək çox xoşdur. Çünki mən özüm də qayıtmağı istəyirəm. İndi Qazaxıstandayam. Azərbaycanda məni istəsələr, zəng etsinlər, danışıqlara başlayaq. Mən onlara nə istədiyimi deyəcəyəm. Razılaşsaq, buna ancaq sevinərəm. Yenidən Azərbaycan yığmasını çalışdırmaq xoş olar".
