22 aprel 2016 14:00
AÇ-2016-nın təbliğatı davam edir
Xəbər verdiyimiz kimi, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016-nın təbliğatı məqsədilə turnirin Yerli Təşkilat Komitəsinin əməkdaşları Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində yerləşən məktəblərdə görüşlər keçirir. Azerisport.az xəbər verir ki, YTK-nın üzvləri Nəsimi rayonunda yerləşən Tahir Həsənov adına 23 və Yusif Mirzəyev adına 44 saylı orta məktəblərdə şagirdlərlə görüşüb, UEFA U-17 Avropa Çempionatı Azərbaycan-2016 barədə məlumat veriblər.




















