22 aprel 2016 11:40
Neftçi - Zirə oyununun biletləri satışa çıxarıldı
Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində keçiriləcək “Neftçi” - “Zirə” oyununun biletləri satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, aprelin 23-də “Bakcell Arena”da keçiriləcək oyun saat 19:00-da başlanacaq.
