22 aprel 2016 00:10

Topaz Premyer Liqasında 31-ci tur həyacanı

Bu həftə Topaz Premyer Liqasında 31-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, 3 gün davam edəcək turun mərkəzi oyununda “İnter” “Qarabağ”ın qonağı olacaq.

İlk oyun günündə baş tutacaq yeganə qarşılaşma həm də turun açılış matçıdır. Bu komandalar əvvəllər 46 dəfə üz-üzə gəliblər ki, onların 20-də ağdamlılar, 10-da bakılılar qalib gəliblər. Daha 16 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də "Qarabağ"ın xeyrinədir - 51:29. “Qarabağ” 9 ildir öz meydanında “İnter”ə uduzmur. Paytaxt klubu son 14 səfərdə qalib gəlməyib. Bakılılar son 22 matçda yalnız 1 qələbə qazanıb. Cari mövsüm baş tutan görüşlərə gəlincə, yalnız son oyunda 1:1 hesabı qeydə alınıb. Əvvəlki iki oyunda isə "Qarabağ" səfərdə 2:0, evdə 1:0 hesabıyla qalib gəlib. Elə bu görüşdə də ağdamlılar favoritdir. Amma mükafatçılar sırasında yer almağı hədəfləyən "İnter" liderdən ən azı bir xal almaq üçün əlindən gələni edəcək.

İkinci oyun günündə öncə "Qəbələ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq. Əyalət klubları yubiley - 30-cu oyuna çıxacaq. Əvvəlki 29 görüşdən 13-də cənublular, 9-da isə qəbələlilər üstün olublar. Daha 7 matçda sülh qeydə alınıb. Top fərqi də "ağ-yaşıllar"ın xeyrinədir - 36:31. Tərəflər arasındakı son 4 qarşılaşmada “Qəbələ” qol buraxmayıb. “Xəzər Lənkəran” 5 matçdır qalib gələ bilmir. Bu mövsüm baş tutan görüşlərə gəlincə, ilk dövrədə "Qəbələ" bu rəqibini 6:0 hesabıyla darmadağın etmişdi. Roman Qriqorçukun komandası səfərdə baş tutan növbəti matçda 1:0 hesabıyla üstün olmuşdu. Qəbələdə baş tutan son qarşılaşmada isə qapılara qol vurulmayıb - 0:0. Cənub təmsilçisi bu oyunda da iddialı rəqibini büdrətməyə çalışacaq. Lakin avrokuboklara vəsiqə qazanmağı hədəfləyən "Qəbələ" səfərdən mütləq qələbə ilə qayıtmağı hədəfləyib.

Günün digər matçında iki paytaxt klubu - "Neftçi" ilə "Zirə" üz-üzə gələcək. Yalnız cari mövsümdə üz-üzə gələn komandaların oyunlarında “Neftçi” qələbə qazanmayıb. “Zirə” isə baş tutan bütün matçlarda qol sevinci yaşayıb. Çempionatın debütantı doğma meydandakı oyunlarda 2:0 və 3:0 hesabıyla üstün olub. "Neftçi"nin meydanındakı ilk oyunda isə 1:1 hesabı qeydə alınıb. "Ağ-qaralar" mövsümün son duelində ilk qələbəsini qazanmağa çalışacaq. Zirəlilər isə ikinci pillədəki mövqeyini qorumaq üçün ev oyununda mütləq qələbə qazanmaq istəyindədir.

Son oyun günündə öncə "Sumqayıt"la "Kəpəz" öz aralarındakı münasibətlərə aydınlıq gətirəcək. Bu klublar 12-ci dəfə üz-üzə gələcəklər. Əvvəlki 11 görüşdən 4-də sumqayıtlılar, 3-də isə gəncəlilər qalib gəliblər. Dörd qarşılaşmada da tərəflər hərəyə 1 xalla kifayətləniblər. Top fərqi də "Sumqayıt"ın xeyrinədir - 14:13. Komandaların son iki oyununda heç-heçə qeydə alınıb - 2:2, 0:0. Bu mövsüm baş tutan ilk oyunda isə "Kəpəz" doğma meydanda 3:1 hesabıyla üstün olmuşdu. Ardıcıl 4 qarşılaşmadır “Sumqayıt” qələbə qazana bilmir. Rəqiblərin əvvəlki oyunlarında meydan sahibi olan tərəf indiyədək məğlub olmayıb. Bu ənənənin davam edib-etməyəcəyini qarşıdakı oyun göstərəcək.

Nəhayət, turun qapanış matçında daha bir paytaxt derbisi baş tutacaq. Çempionatın aşkar autsayderi "Rəvan" öz meydanında AZAL-ı qəbul edəcək. Tərəflər 16-cı dəfə qarşılaşacaq. Əvvəlki 15 oyundan 5-də "aslanlar", 6-da "təyyarəçilər" üstün olublar. Daha 4 oyunda heç-heçə qeydə alınıb. Top fərqində də AZAL-ın cüzi üstünlüyü var - 18:17. AZAL son 4 oyunda qol buraxmayıb. “Rəvan” isə son 3 ev matçında qapısını toxunulmaz saxlayıb. Son 5 qarşılaşmada qonaq komanda qol vurmayıb. Bu matçlarda 1-dən çox qol qeydə alınmayıb. AZAL bu mövsüm baş tutan hər iki ev oyununda eyni hesabla (1:0) üstün olub. "Rəvan"ın meydanında baş tutan ilk görüşdə isə qolsuz heç-heçə qeydə alınıb. "Aslanlar" bu dəfə də ev oyunundan xal və ya xallarla ayrılmağa çalışacaq. Amma son dövrlər yüksəlişdə olan "təyyarəçilər" də autsayderlə görüşdə mütləq 3 xal qazanmaq iddiasındadır.

Topaz Premyer Liqası
31-ci tur

22 aprel (cümə)

19:00. “Qarabağ” - “İnter”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Azersun Arena”.

23 aprel (şənbə)

16:30. “Xəzər Lənkəran” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

19:00. “Neftçi” - “Zirə”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, İsgəndər Əliyev, Ömər Paşayev.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “Bakcell Arena”.

24 aprel (bazar)

14:00. “Sumqayıt” - “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Asim Xudiyev.
Sumqayıt. “Kapital Bank Arena”.

16:00. “Rəvan” - AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Cavanşir Yusifov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Bakı. “Bayıl Arena”.

1Qarabağ30216355-1969
2Zirə30178539-2259
3İnter301310728-1949
4Kəpəz301210836-3146
5Qəbələ301210835-2446
6AZAL301261223-2842
7Neftçi301081229-3338
8Sumqayıt306111330-4029
9Xəzər Lənkəran30352212-4014
10Rəvan30381919-5011

Qeyd: FIFA İntizam Komitəsinin müraciəti əsasında 26.01.2016 tarixdə "Rəvan" klubunun aktivindən 6 xal silinib. 

Bombardirlər:
14
- Nelson Bonilya ("Zirə").
11 - Dani Kintana ("Qarabağ").
10 - Ruslan Qurbanov ("Neftçi").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.