22 aprel 2016 00:05
Adil Nağıyev: Zirədən getmək barədə düşünmürəm
"Zirə"nin müdafiəçisi Adil Nağıyev klub prezidenti Vüqar Astanovun komandanın bəzi üzvlərinin avrokuboklarda çıxış edəcək digər təmsilçilərimizə müvəqqəti icarəyə verilməsi barədə açıqlamasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, bundan xəbərim yoxdur. Avrokuboklar məsələsi rəhbərliyin işidir. Mənim işim isə futbol oynamaqdır. Qarşıda bizi altı oyun gözləyir. Bütün diqqətimiz qarşıdakı oyunlara yönəlib. Öncə mövsümü başa vuraq, sonrasının necə olacağını görərik. Amma bütövlükdə "Zirə"dən getmək barədə düşünmürəm".
