21 aprel 2016 17:20
Kəpəz Sumqayıt ilə oyuna Bakıda hazırlaşır
Topaz Premyer Liqasının 31-ci turunda “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” məşqlərini davam etdirir. Azerisport.az xəbər verir ki, komanda qarşıdakı matça Bakıda hazırlaşır.
“Sarı-göylər”in heyətində cəzalı olmasa da, itki var. Namiq Ələsgərov zədəli olduğundan “Sumqayıt” ilə görüşdə “Kəpəz”ə kömək edə bilməyəcək.
Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu aprelin 24-də saat 14:00-da başlayacaq. Matç "CBC-Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.
