21 aprel 2016 15:40
Qurban Qurbanov: İnterə qarşı 3 oyun keçirmək asan olmayacaq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"ə qarşı həm maraqlı, həm də çətindir. Belə komandalarla oyunlarımız ağır keçir. Amma bizi qısa müddət ərzində bu rəqiblə üç qarşılaşma gözləyir. Bu, xeyli güc və səbr tələb edir. Futbolçularımıza asan olmayacaq. Bu oyunlarda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq".
