21 aprel 2016 13:00
Neftçi Abdullayevi itirdi
"Neftçi" Topaz Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün baş tutan məşqdə Araz Abdullayev sıradan çıxıb.
Böyük ehtimalla, yarımmüdafiəçi qarşıdakı oyunu buraxmalı olacaq. Abdullayevlə yanaşı, Xuan Alberto Melli də zədəlidir. Amma Arazdan fərqli, Melli bu mövsüm meydana çıxa bilməyəcək.
