21 aprel 2016 12:20
Mirbağır İsayev: Millinin baş məşqçisi təyin olunmağım gözlənilməz oldu
Azərbaycanın U-15 yığmasının baş məşqçisi təyin olunan Mirbağır İsayev bununla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşdüm. Amma təyinatımı təsdiqlədiklərini bilmirdim. Bunu ilk olaraq sizdən eşidirəm. Məni sevindirdiniz. Təyinatım mənim üçün gözlənilməz oldu. AFFA rəhbərliyinə etimada görə təşəkkürümü bildirirəm. 2007-08-ci illərdə bu komandada çalışmışdım. Rəhbərliyim altında Araz Abdullayev, Qara Qarayev, Tərlan Quliyev kimi futbolçular oynayırdı. İndi onlara baxıb sevinirəm".
