21 aprel 2016 01:00
Rüfət Dadaşov oynamadı, komandası məğlub oldu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "RasenBallsport Leypsiq II" ilə qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 0:2. Rüfət bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 20 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
