21 aprel 2016 00:40
Məsimov oynadı, Domjale kubokda mübarizəni dayandırdı
Futbol üzrə Sloveniya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çelye" ilə qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimov bu görüşə start heyətdə çıxsa da, fasilədə əvəzlənib.
Qeyd edək ki, bu klublar arasındakı ilk oyunda da "Domjale" 0:1 hesabıyla uduzmuşdu. Bu üzdən də Məsimovun komandası kubokdakı çıxışını dayandırmalı olub.
